Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

3 aqrar sahə üzrə assosiasiyalar yardılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
3 aqrar sahə üzrə assosiasiyalar yardılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabr ayının 18-də Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Prezidentin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirəsində bu sahələrin inkişafı ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədi ilə tədbir keçirilib.

 

Nazirlikdən "Marja"ya daxil olmuş məlumata görə, tədbirdə nazirliyin məsul işçiləri və müvafiq tabeli qurumlarının rəhbərləri, çay, çəltik və sitrus meyvələrinin istehsalı ilə məşğul olan fermer və sahibkarlar iştirak edib.

 

Tədbirdə nazir müavini İlham Quliyev dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, ənənəvi sahələrin, xüsusilə çayçılığın, çəltikçiliyin və sitrus bitkilərinin inkişafı ilə bağlı ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələr barədə məlumat verib.

 

Tədbirdə çıxış edən fermer və sahibkarlar çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə əldə olunmuş nailiyyətlərdən danışaraq bu sahələrin dinamik inkişafını təmin etmək üçün subsidiyaların verilmə müxanizminin təkmilləşdirilməsi, məhsul istehsalı və emalında texniki təminatın yaxşılaşdırılması, toxumçuluğun inkişafının stimullaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və bu sahələrin inkişafı ilə bağlı əsas hədəflərə nail olmaq üçün ictimai əsaslarla hər sahə üzrə Assosasiyaların yaradılması barədə öz təkliflərini veriblər.

 

Tədbirdə qeyd edilən məsələlərin həll edilməsi üçün fermer və sahibkarlara qısa zamanda hər 3 sahə: çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə Assosiasiyaların yaradılması barədə təkliflərini qısa zamanda təqdim etmələri tövsiyə edilib.

18.09.2017 17:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ