Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

10 min tondan çox pambıq yığıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
10 min tondan çox pambıq yığıldı

Sentyabrın 18-dək ölkə üzrə pambıq tədarükü 10 min 553,1 ton təşkil edib. Bu isə 2016-cı il sentyabrın 19-dək olan göstərici ilə müqayisədə 5,8 dəfə çoxdur (1810 ton).

 

Dövlət Statistika Komitəsindən bildiriblər ki, pambıq tədarükünə görə Saatlı rayonu öndə gedir. Rayonun fermerləri tarlalardan 2604,8 ton məhsul yığıblar. Sabirabadda 1667,9 ton, Biləsuvarda 878,2 ton, Beyləqanda 739 ton, Neftçalada 716,5 ton pambıq tədarük olunub.

 

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar ərazidə çiyid səpilib. Bu il ən çox pambıq Saatlıda əkilib (17220 hektar). Sonrakı yerlərdə İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçala rayonları (11111 hektar) gəlir.

18.09.2017 19:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ