Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Alıcısı başının üstündədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Alıcısı başının üstündədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Qarğıdalı sahəsi Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərdə bu sahəyə maraq xeyli artıb. Hazırda rayon qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır.

Reklam_3_11

 

Təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İlk olaraq Qabaqçöl ərazisindəki təsərrüfatlarda yığım aparılır. Bu il rayonda 6 min 885 hektar sahədə qarğıdalı bitkisi əkilib. Göstərilən yüksək aqrotexniki qulluq nəticəsində sahələrdə bol məhsul yetişdirilib. Mütəxəssislərin rəyinə görə, hər hektardan orta hesabla 62 sentner məhsul gözlənilir. Balakənli fermerlər cari mövsümdə 40 min tondan çox dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar.

 

Qarğıdalının da alıcısı başının üstündədir. Bir tərəfdən quşçuluq təsərrüfatları gəlib elə yerlərdə fermerlərdən məhsulu alırlar. Bundan başqa, rayonda fəaliyyət göstərən “Azəryem” müəssisəsi potensial alıcı qüvvəsidir. İri təsərrüfat sahiblərindən İmişli rayonundakı qarğıdalı emalı müəssisəsi və Oğuzdakı “Qlükoza” zavodu ilə müqavilə bağlayanlar da var.

 

© "Azərbaycan"

19.09.2017 06:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ