Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Telia", "Turkcell" səhmlərini satır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Telia", "Turkcell" səhmlərini satır


"Turkcell"in səhmdarlarından "Telia"nın (Telia Sonera) 535 milyon dollarlıq "Turkcell" səhmlərini satacağı bildirilib.


 

Reklam_3_11

"Marja" xəbər verir ki, İsveç şirkəti 153,5 milyon ədəd "Turkcell" səhimini satışa çıxaracaq. Satışın baş verməsi vəziyyətində də, şirkət dolayı yolla "Turkcell"in ən böyük səhmdarı olmağa davam edəcək.


 
Şirkət, öz bölgəsi olan Şimali Avropa regionuna fokuslanmaq üçün kapital artırarkən, "Turkcell" səhmlərini də əlindən çıxarmağı planlaşdırır.


 
Şirkətdən verilən açıqlamada səhm satışının sürətləndirilmiş təklif yolu ilə institusional investorlara təqdim ediləcəyi qeyd olunub.

 

Mövcud qiymətlər nəzərə aldıqda satılacaq 7%-lik "Turkcell" səhminin 535 milyon dollara təşkil etdiyi görünür.
 


May ayındakı satışda da yer alan "Bank of America", "Citigroup" və UBS satışda səlahiyyətli olacaqlar. Satışın 21 Sentyabrda keçirilməsi nəzərdə tutulur.

 

“Turkcell” səhmdarlarından “Telia Sonera” bu il mayın 3-də də investorlara 150 milyon səhm satışı həyata keçirmişdi. Satılan 150 milyon səhminin qiyməti təxminən 520 milyon dollar olmuşdu. Satışdan sonra, Skandinaviya telekommunikasiya şirkətinin “Turkcell”də birbaşa payı 14,2%-dən 7,2%-ə geriləmişdi. “Telia Sonera”nın Turkcell-də dolayı olaraq da 24% payı var.

 

Səhmlərin satılması  “Telia Sonera”nın Skandinaviya və Baltik ölkələrindəki əməliyyatlara fokuslanma strategiyasının bir hissəsidir.

 

"Turkcell"in Azərbaycan, Qazaxıstan, Gürcüstan və Moldovadakı fəaliyyətini təmin edən "Fintur Holdings B.V"da 41,45 faiz payı var. Qalan 58,55 faiz səhm isə "Telia Sonera"ya aiddir. "Telia Sonera" "Fintur"dakı payını da satacağını elan edib.


 
"Azercell" şirkətinin səhmdarı Türkiyənin “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” şirkətidir (100%). Bu şirkət Türkiyənin “Cenay” Şirkətlər qrupuna daxildir.


 
“Azertel”in nizamnamə kapitalının 51.3%-i “Fintur Holdings B.V”yə, 42.2%-i “Cenay İletisim”ə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə aiddir. "Turkcell"in səhmdarı olduğu “Fintur”un dolayı yolla “Azercell”sə 51,3% payı var.

19.09.2017 07:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ