Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda qeybə çəkilmiş Dolların adı necə yaranıb?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda qeybə çəkilmiş Dolların adı necə yaranıb?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dolların yaranması 1500-cü illərə və sərhədləri Çex Respublikasına gedib çatan bir imperiyaya gedib çxır. Avropada o illərdə gümüş dəbdə idi. Almaniya, Avstriya və Çexiya pul vahidlərini qızıl sikkədən gümüş sikkəyə çevirmişdi.


 
Qızıl gümüşdən daha dəyərli olduğu üçün, eyni dəyərə malik olması üçün gümüş sikkələr qızıl sikkələrdən daha böyük istehsal edilirdi.

Reklam_3_11


 
Bu gün Almaniya ilə Çex Respublikasının sərhədində yerləşən Sankt-Yoahimistal (St. Joachimsthal) qəsəbəsində istifadə edilən gümüş sikkələr çox populyarlaşmışdı. Qəsəbə də gümüş sikkələrin adının yaranmasına təsir göstərdi.


 
Sikkələrə Joachimsthaler-in abreviaturası olan "Thaler" adı verildi.


 
Pul vahidi bu adla o qədər populyarlaşdı ki, bütün ölkələr öz dillərində tələffüz etməyə çalışdı.


 
Hollandiyalılar "daaler", Slovenlər "tolar", Eritreyalılar "tallero", İngilislər isə "dollara" (dollar) adını verdi.


 
Həmin illərdə İspanlar yeni qitəni - Amerikanı kəşf etdilər və qitədə böyük miqdarda gümüş tapdılar. Bu səbəbdən İspaniyanın nəzarəti altındakı torpaqlar Boliviya, Peru və Meksika 1500-1800-cü illərdə gümüş sektorunun 85%-inə hakimlik edirdi.


 
Bu prosesdə İspaniya öz pul vahidi "peso de ocho"nu ortaya çıxardı.


 
Şimali Amerikadakı İngilis koloniyalar İspanlarla iş görərkən öz pul vahidləri və İspanların pul vahidi ilə ticarət etməkdə çox çətinlik çəkirdi.


 
1776-cı ildə İngilis koloniyalar müstəqilliklərini elan etdi və öz valyutalarını istifadə etmək istədiklərini açıqladılar.


 
Ya İngilis pul vahidi funt-sterlinqi istifadə edəcəkdilər ya da bir çox vətəndaşın çoxdan istifadə etməyə başladığı dolları.


 
Koloniyalar üstünlüyü dollara verdilər və Amerika Dolları adı ilə yeni bir pul vahidi ortaya çıxardılar.


 
Dolların istifadəsi 1792-ci ildə Coinage Sazişi ilə rəsmiləşdirilib.

09.01.2017 15:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ