Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fermerdən nazirə müraciət - “O niyə kabinetindən çölə çıxmır?”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fermerdən nazirə müraciət - “O niyə kabinetindən çölə çıxmır?”

Şirvan şəhəri, M.Əsədov küç.ev 75-də yaşayan fermer İqbal Mikayılov kənd təsərrüfatı naziri Heydər Əsədova müraciət edib. 

 

Reklam_3_11

İ. Mikayılov bildirib ki, 2015-ci ildən  Şirvan şəhərində kəndli fermer təsərrüfatı ilə məşğuldur: “Əsasən də fəaliyyətim qoyunçuluqla bağlıdır. Şirvan şəhəri aran bölgəsində yerləşdiyindən yay mövsümündə havalar həm isti, həm də quraqlıq olur. Ona görə də yayda qoyunlar qızdırır və ağ ciyərlərinə toz yığılır.

 

Şirvan şəhərində  baytarlıq idarəsi olsa da, cəmi 2 nəfər baytar həkim var.  Onlardan biri başqa işlə məşğuldur. O biri həkim isə zonalararası baytardır. Ətraf rayonların  kəndlərinin heyvanlarını müalicə edir, süni mayalanmasını həyata keçirir. Bizim çağırışımıza çox çətinliklə, həm də məhdud vaxt çərçivəsində gəlir.  Ona görə də  sizə müraciət edirəm ki,  Baş Baytarlıq İdarəsinin rəisini ayda bir dəfə də olsa Şirvan şəhərinə ezam edəsiniz. 

 

Mən şəxsən fermer təsərrüfatıyla məşqul olan vətəndaş kimi  baytar idarəsinin rəisini tanımıram. O niyə kabinetindən çölə çıxmır? Hələ bir dəfə kənd təsərrüfatı rayonlarında baş baytar görünməyib. Bu gün min zəhmətlə, əziyyətlə saxladığım qoyun-quzum xəstəlikdən məhv olur, amma baytar tapmırıq”. 

 

© “Qafqazinfo”

19.09.2017 08:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ