İsrail Qəzzanın ətrafına beton divar inşa edəcək - 1,1 milyardlıq layihə

İsrailin Müdafiə Nazirliyinin, Qəzzanın ətrafına beton divar inşa edilməsi üçün lazım olan büdcəni təsdiq etdiyi bildirilir.


 
"Marja" xəbər verir ki, İsraildə yayımlanan "Yedioth Ahronoth" qəzetinin xəbərinə görə, Müdafiə naziri Aviqdor Liberman, Qəzzadaki "tunel məsələni" bitirmək məqsədilə ətrafına beton divar hörülməsi üçün təyin olunan büdcəni təsdiq edib.


 
Qəzetin xəbərində, 4,34 milyard şekelə (təxminən 1,130 milyard dollar) başa gələcək layihə çərçivəsində tikiləcək ağıllı divarların yüksək texnologiya ilə gücləndiriləcəyi, hücum və müdafiə vasitələri ilə təchiz ediləcəyi və yerin altından hörülməyə başlanacağına diqqət çəkilib.


 
Divarın 64 kilometr uzunluğa malik olacağı bildirilən xəbərdə, həmçinin, layihənin bir neçə ay içində başlayıb, iki il ərzində də başa çatacağı qeyd edilib.


 
İsrailin yer altından divar inşası layihəsinin, Qəzza sərhədinə 1994 və 2005-də tel hörgü çəkməsinin ardından, tunellərlə mübarizə üçüntətbiq ediləcək üçüncü sistem olacaqdır.


 
Şərq Qüds ilə Qərbi İordan Çayını bir-birindən ayıran və qeyri-qanuni olaraq qəbul edilən Divar (Utanc Divarı) da 2000-ci ildə başlayan ikinci İntifada-dan sonra inşa edilməyə başlanmışdı.

9 Yanvar 2017, 18:59   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2016 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]