Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Nazir: AYİB Beynəlxalq Bankın özəlləşdirilməsinə maraq göstərir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: AYİB Beynəlxalq Bankın özəlləşdirilməsinə maraq göstərir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsinə maraq göstərir.

 

Bunu maliyyə naziri Samir Şərifov bəyan edib.

 

Öncə AYİB prezidenti Suma Çakrabarti qeyd edib ki, bank ABB-nin payının alışında maraqlıdır.

 

“ABB-nin xarici öhdəliklərinin təkrar strukturlaşdırılması prosesi başa çatıb. Prezidentin müvafiq fərmanında bu proses başa çatdıqdan sonra ABB-də bankın özəlləşdirilmə işlərinə başlanması nəzərdə tutulur. Bununla əlaqədar AYİB bu məsələ ilə maraqlanır və biz müzakirələri davam etdirəcəyik”, - S.Şərifov çərşənbə axşamı jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, bütövlükdə AYİB-in ABB-nin özəlləşdirilməsində iştirakı barədə danışmaq hələlik tezdir.

 

S.Şərifov əlavə edib ki, Azərbaycan hökuməti ABB-nin özəlləşdirilməyə hazırlıq çərçivəsində təcrübəli beynəlxalq məsləhətçi cəlb etməyi planlaşdırır. “2018-ci ilin əvvəlində bankın özəlləşdirilməyə hazırlığı işlərinə başlamaq olar”, - nazir vurğulayıb. 

 

© İnterfaks-Azərbaycan

19.09.2017 10:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ