Fiat Chrysler-dən ABŞ-a 1 milyard dollar investisiya
Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Fiat Chrysler ABŞ-da 1 milyard dollarlıq sərmayə qoyacağını açıqlayıb.
Fiat Chrysler-dən edilən açıqlamada, şirkətin, ABŞ-ın Miçiqan və Ohayo ştatlarında yerləşən zavodlarında modernləşmə üçün ümumilikdə 1 milyard dollar məbləğində sərmayə qoyacağı bildirilib. Açıqlamada həmçinin, həmin investisiyanın 2 min nəfərlik yeni məşğulluq yaradacağı qeyd olunub.
Şirkətin 2009-dan bu yana ABŞ-da 9,6 milyard dollardan çox investisiya qoyduğu bildirilən açıqlamada, bunun bu günə qədər 25 min nəfərlik məşğulluq yaratdığı qeyd edilib.
Açıqlamanın ardından, Fiat Chrysler-in səhminin qiyməti Nyu-York Birjasında 1,6 faiz artmışdır.
Bundan başqa, ABŞ Prezidenti seçilən Donald Trump, bu gün Twitter hesabı vasitəsilə Fiat Chrysler-ə təşəkkür edib.
Seçki kampaniyası zamanı, şirkətlərin ölkə xaricində istehsal etmələrini sərt bir dillə tənqid edən və şirkətlərin ABŞ-a geri dönərək ölkə daxilində sərmayə qoyması və məşğulluq yaratması lazım olduğunu vurğulayan Trump, bugünkü mesajında "Ən sonunda baş verir. Fiat Chrysler investisiya planını elan etdi" ifadəsini istifadə edib.
Trump mesajında həmçinin, ABŞ-ın ən böyük ikinci avtomobil istehsalçısı Ford-un keçən həftəki investisiya qərarına da işarə edərək, Forda da təşəkkür edib.
Ford keçən həftə, Meksikadakı 1,6 milyard dollarlıq investisiyanı ləğv etməyi planlaşdırdığını, bunun əvəzinə Miçiqan ştatında 700 milyon dollarlıq sərmayə qoyacağını və 700 nəfərlik yeni iş yeri yaradacağını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
5 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
6 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
6 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
6 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 7 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
7 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 7 saat əvvəl
- 8 saat əvvəl