"Bakıya 10-15 sm su düşən kimi başlayırıq "SOS" qışqırmağa"
“Avropanın, Amerikanın ən qədim və zəngin şəhərləri, suyun içərisində batır. Hələ Tokio şəhərindən, Asiya ölkələrindən danışmıram. Bu məsələ ilə bağlı düz danışaq, birtərəfli düşünməyək. Bu ölkələrin suyun altında qalması bəzən insan itkisi ilə də nəticələnir. Bizdə isə 10-15 sm su düşən kimi başlayırıq "SOS" qışqırmağa”.
Bunu baş nazirin müavini Abid Şərifov bildirib.
"Başa düşürük ki, bu, hal pisdir, yaxşı deyil. Ancaq su-kanalizasiya sistemini ilə bağlı işləri bir gündə həll etmək olmur" deyən A. Şərifovun sözlərinə görə, Bakının su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlər davam etdirilir.
O, yağışlar yağanda paytaxtın su-kanalizasiya sistemi ilə bağlı problemlərin təkrar olunmayacağına ümid etdiyini vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
3 saat əvvəl
Bank təsərrüfat mallarının təchizatı ilə əlaqədar tender elan edir
-
4 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 milyon manata çatıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir