Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Evdə jaket geyinin, işə evdən yemək aparın... - Qənaət etməyin 35 yolu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Evdə jaket geyinin, işə evdən yemək aparın... - Qənaət etməyin 35 yolu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qənaət üçün ipucları

Business Insider saytı, qənaət tövsiyələri arasından ən vaciblərini sıralayıb.

1. Evdə yemək yeyin

Axşam yeməyini çöldə yemək xərclərinizi artırar.



2. Soyuducu və şkaflara baxın

Bir kənara qoyub unutduğunuz ərzaqları şkafınızdan tapa bilərsiniz.

Reklam_3_11



3. Topdan alın

Nizamlı olaraq satın aldığınız məhsulları topdan alaraq qənaət edə bilərsiniz.



4. Konserva almayın

Təzə məhsullar konserv məhsullardan daha faydalı və ucuzdur.



5. Marketlərin kampaniyalarını izləyin

Böyük marketlər tərəfindən çıxarılan ucuz məhsulları alıb istifadə edin.



6. Hazır yemək almayın

Əvvəldən bişirilmiş istilətməyə hazır ya da mikrodalğada bişirilmək üçün istehsal edilmiş qidaların qiymətləri çox yüksək ola bilir.



8. Yeməkləri çox bişirin

Bəzi xörəkləri (tərəvəz, paxlalı bitkilər və ətləri) həftənin əvvəlində bişirərək bütün həftəyə çatacaq qədər yeməyə malik ola bilərsiniz.



9. Öz qəhvənizi hazırlayın

Kafelərdən almaq yerinə qəhvənizi evdə hazırlayaraq qənaət edə bilərsiniz.



10. İş yerinə evdən yemək aparın

Bu yolla günorta yeməyi xərclərinizi yarı-yarıya azalda bilərsiniz.



11. Şüşədə su almayın

Davamlı kiçik şüşə suları almaq yerinə bir mehtərə (su qabı) doldurub onu yanınızda daşıyın.



12. Çöldə içməyin

Çöldə yeyəcəyiniz bir yeməyin yanında  spirtli bir içki içməyiniz xərcinizi artıracaqdır. Onun yerinə evdə içki içə bilərsiniz.



13. Xərclərinizin uçotunu aparın

Aylıq xərclərinizi yazılı şəkildə uçotunu apararaq nələrə boş yerə pul xərclədiyinizi tapa bilərsiniz.



14. Özünüzə hədəf qoyun

Müəyyən bir müddətdə müəyyən bir miqdar pul yığmağı hədəfləməyiniz, pulunuzu gərəksiz şeylərə xərcləməkdən qaçmağınıza kömək edə bilər.



15. Keyfiyyətli məhsullar alın

Hər altı ayda bir ucuz bir cüt ayaqqabı almaq yerinə keyfiyyətli bir cüt alıb illərcə geymək daha hesablı olacaq.



16. Pul yerinə zamanla düşünün

Əgər saatda 10 manat qazanırsınızsa, 5 manatlıq bir qəhvə yarım saatlıq işinizin qarşılığı demək olur. O qəhvənin bu müddətə dəyib dəymədiyinə siz qərar verin.



17. Satın almadan əvvəl düşünün

Bəyəndiyiniz bir məhsulu almazdan əvvəl, "Bu məhsulun mənim həyatıma nə kimi bir təsiri olacaq" deyə düşünün. Beləcə gərəksiz xərcləri nəzarət altına ala bilərsiniz.



18. Əyləncə xərclərinizi məhdudlaşdırın

Əyləncəniz üçün etdiyiniz xərcləri birdən kəsmək yerinə məhdudlaşdırın. Məsələn, həftədə bir kinoya gedirsinizsə ayda bir getməyi sınaqdan keçirin.



19. Maaşınızın yarısını kənara qoyun

Aldığınız maaşın yarısını kənara qoyaraq, daha az pulla yaşamağın yollarını tapa bilərsiniz.



20. Kart borcunuzun hamısını ödəyin

Kartınızın minimum borcu yerinə bütün borcunu ödəyərək faiz ödəməkdən xilas olarsınız.



21. Borclarınızı avtomatik ödəyin

İnternet hesabınız üzərindən borclarınızı avtomatik ödəyərək gec ödəməyə görə cərimələnməkdən yayına bilərsiniz.



22. Borc almağa meyl etməyin

Banklardan borc almayın ya da mümkün olduqca mənfiyə saldoya düşməməyə çalışın.



23. Ehtiyacınıza görə xərcləyin

Əgər qaçmağı sevən birisinizsə yaxşı ayaqqabılara ehtiyacınız var deməkdir. Xərclərinizi ehtiyaclarınıza görə nizamlayarsınızsa həyatınıza dəyər gətirməyən məhsullardan xilas olmuş olarsınız.



24. İki gün gözləyin

100 manatdan daha bahalı bir məhsulu satın almadan əvvəl iki gün gözləyin. Bu müddətdə fikirinizi dəyişdirə bilər ya da məhsulu tamamilə unuda bilərsiniz.



25. Ucuz yayımlara keçin

Ödənişsiz televiziya yayımlarını seçərək qənaət edə bilərsiniz. Futbol oyunlarını seyr etmək üçün bir dostunuzun evinə və ya başqa bir yerə gedə bilərsiniz.



26. İnternet xərclərinizi qısın

İnternet provayderlərində hər hansı bir kampaniyaların olub-olmadığını mütləq soruşun.



27. Abunəliklərinizi ləğv edin

Oxumadığınız jurnal və qəzet abunəliklərini ləğv edin.



28. Evdə jaket geyinin

Qışda  evdə jaket geyinib isidicinizi söndürüb xərclərinizdə  qənaət edə bilərsiniz.



29. Cib telefonu tarifini dəyişdirin

İstifadə etdiyiniz cib telefonu tarifinə nəzarət edərək ehtiyacınızdan çox ödəmədiyinizdən əmin olun.



30. Fərqli sığorta qiymətləri alın

Avtomobilinizi sıgorta etdirərkən müxtəlif şirkətlərdən qiymət asoruşun.



31. Kreditinizi düzənləyin

Kredit ödəmələrinizi yenidən düzənləyərək aylıq xərclərinizi qısa bilərsiniz.



32. Kitabxanaya gedin

Kitab və DVD satın almaq yerinə kitabxanadan götürüb oxuya bilərsiniz.



33. İkinci əl əşya alın

Xüsusilə, paltarlarınızı yaxşı vəziyyətdəki ikinci əl məhsullardan seçsəniz kimsə yeni bir paltarla arasındakı fərqi anlaya bilməz.



34. İşə velosipedlə gedin

Mümkünsə işə avtomobil və ya ictimai nəqliyyat  yerinə velosipedlə gedərək həm xərclərinizi azaldıb, həm də məşq edə bilərsiniz.



35. Sərmayə qoymağı öyrənin

Bazarı araşdıraraq özünüzə uyğun sərmayə vasitələrini tapa bilərsiniz. Hələ bazarlara sərmayə qoyacaq qədər pulunuz yoxdursa prosesləri izləyib sərmayə yatırmağın yollarını öyrənə bilərsiniz.

 

09.01.2017 19:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ