Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Siqareti məhdudlaşdıran qanun müzakirəyə çıxarılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Siqareti məhdudlaşdıran qanun müzakirəyə çıxarılacaq

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” və “Turizm haqqında” qanun layihələri parlamentin payız sessiyasının plenar iclasının gündəliyinə salınacaq.


Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

Reklam_3_11


Onun sözlərinə görə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi, demək olar ki, hazırdır.


H.Rəcəbli qeyd edib ki, “Turizm haqqında” qanun layihəsinin ikinci oxunuş üçün plenar iclasa çıxarılması üçün hazırda ciddi işlər görülür: “Layihə hökumətə göndərilib və oktyabr ayı üçün plenar iclasın gündəliyinə salınacaq”.


Qeyd edək ki, Milli Məclis bu ilin may ayında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.

 

©Report

19.09.2017 14:18

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ