Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Gazelli” kosmetika zavodunda yanğın başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gazelli” kosmetika zavodunda yanğın başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəzər rayonun Şüvəlan qəsəbəsində “Gazelli” kosmetika zavodunda yanğın başlayıb.

 

Reklam_3_11

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib. 

 

Nazirlikdən bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər. 

 

Qeyd edək ki, “Gazelli” kosmetika zavodu "AZAL"ın rəhbəri Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovaya məxsusdur. O, Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. 

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuşverilən  məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonu ərazisində anbarda yanğın başlamışdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

 

“Gazelli Group"un mətbuat katibi Yelena Siderenko açıqlamasında bildirib ki, təxminən 1 saat əvvəl zavodun həyətindəki anbarlardan birində qısqapanma baş verib:

 

“Yanğının qarşısı tez bir zamanda alınıb. Nəticədə nə insanlara, nə də ki məhsullara ziyan dəyib. Mediada bu barədə yayılan məlumatlar yalandır. Qısaqapanma zavodun özündə deyil, anbarların birində baş verib. Panika yaratmamaq üçün bizimlə əlaqə saxlasınlar. O anbarda məhsullar yox, qablar saxlanılırdı. Hazırda yanğın söndürülüb, heç bir təhlükə yoxdur”.

 

19.09.2017 14:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ