Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Müasir toxum istehsalı kompleksi tikilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Müasir toxum istehsalı kompleksi tikilir

Kənd Təsərrüfatı Nazirliyi kartof və tərəvəz toxumu istehsalı müəssisəsi tikir.

 

İsrail təcrübəsinə uyğun müasir kompleks Elmi Tədqiqat Tərəvəzçilik və Kartofçuluq İnstitutunun (ETTKİ) nəzdində fəaliyyət göstərəcək.

 

Kompleks istixana, toxum emalı məntəqəsi, kartof toxumu kulturası laboratoriyası və xəstəlik və zərərvericilərin müayinəsi üçün diaqnotsitka laboratoriyasından ibarət olacaq.

 

Hazırda kompleksin laboratoriya və inzibati otaqların yerləşəcəyi binasının tikintisi tamamlanmaq üzrədir.

 

Bundan başqa, bir başa israilli mütəxəssislərin nəzarəti ilə 6,14 ha ərazidə istixanaların quraşdırılmasına başlanıb. İstixanlarla bərabər, 30 ha açıq sahədə müasir damcı ilə suvarma sistemləri quraşdırılacaq.

 

Nazirlik kompleksdə çalışacaq yerli mütəxəssislərin hazırlığı üçün təlimlər keçirilməsini və yeni işçilərin cəlb olunmasını da nəzərdə tutub.

 

 Müasir toxum istehsalının təşkili yüksək məhsuldarlıq və qida təhlükəsizliyinin təmini üçün vacib amillərdəndir. Yeni istehsal texnologiyalarının tətbiqi bizə yetişdiriləcək məhsulları Avropa və Mərkəzi Asiyanın bazarlarında “Made in Azerbaijan” brendi kimi satışa çıxarmağa imkan verəcək.

19.09.2017 15:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ