Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Gazelli Group"dakı yanğında 10 nəfər tüstüdən zəhərlənib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gazelli Group"dakı yanğında 10 nəfər tüstüdən zəhərlənib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib.


 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, tüstüdən zəhərlənən 1 qadın və 9 kişiyə yerində yardım göstərilib.


 
Onların hamısının vəziyyəti yüngül olub, heç kim xəstəxanaya aparılmayıb.


 
İlkin tibbi yardım göstərildikdən sonra onlar evə göndəriliblər.


 
"Gazelli Group" şirkətinin mətbuat xidmətinin rəhbəri Yelena Sidorenko "Facebook" səhifəsində yazıb ki, şirkətə məxsus anbarların birində qısaqapanma baş verib.


 
"Qısaqapanmanın yanğına çevrilməsinin qarşısı qısa müddət ərzində alınıb. Hazırda heç bir problem yoxdur. Hadisə zamanı şirkət əməkdaşlarının və ətrafda olan insanların sağlamlığına heç bir zərər dəyməyib. Bəzi KİV-də guya hadisə zamanı bir neçə insanın halının pisləşməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hadisənin nədən baş verdiyi ilə bağlı araşdırmalara başlanılıb, istintaq davam edir, nəticələr ictimaiyyətə açıqlanacaq", - deyə Y. Sidorenko qeyd edib.

 

XXX

 

Bakının Xəzər rayonu ərazisində "Gazelli Group"a məxsus anbarda baş vermiş yanğın saat 17:00-da söndürülüb.


 
FHN-in saytında verilən məlumata görə, yanğınsöndürmə işlərində Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikası iştirak edib.


 
Əlavə məlumat veriləcək.

 

©APA

19.09.2017 15:43

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ