Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Borcuna görə girov götürülmüş şirkətlər barədə qərarlar qəbul edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Borcuna görə girov götürülmüş şirkətlər barədə qərarlar qəbul edilib

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyası”nın növbəti iclası keçirilmişdir.

 

"Marja" xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin  15 iyul 2015-ci il tarixli, 570  və  07 avqust  2015-ci il tarixli, 575 saylı fərmanlarının icrası olaraq “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən davamlı tədbirlər həyata keçirilir.

 

Görülmüş  tədbirlər nəticəsində Azərbaycan Beynəlxalq Bankı ASC-dən alınmış aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqları qanunvericiliyə əsasən əldə edilərək, “Aqrarkredit” QSC-nin idarəetməsinə verilmiş problemli kredit borcları olan müəssisələrin əmlaklarının bir qisminin  üzərində  mülkiyyət hüququ  tanıdılmışdır.

 

Həmin əmlakların müvafiq qaydada qiymətləndirilməsi və  satışının təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin  22 iyun 2016-cı il tarixli, 252 nömrəli qərarı ilə yaradılmış “Aqrarkredit”  Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə  Müsabiqə komissiyasının iclasları keçirilmişdir. 

 

İclasda “Kainat” ASC və “Fireland Vineyards” MMC üzrə əmlakların ilkin qiymətinin təsdiq edilməsi və hərraca çıxarılması barədə, “Qafqaz Beton 2007” MMC üzrə biznesin qiymətinin nəzərə alınması, eyni zamanda, həmin müəssisə üzrə əmlakın qiymətləndirilməsi barədə qərar qəbul edilmiş,  həmçinin  “Mingəçevir İzolit” ASC, “BOT” MMC, “Bakı Fındıq Emalı” MMC, “Stimul” MMC və “Şəki Kərpic” MMC üzrə əmlakların qiymətləndirilməsi işinin təşkili ilə bağlı komissiya tərəfindən “Aqrarkredit” QSC-nin İdarə Heyətinə tapşırıqlar verilmişdir.


Hazırda Azərbaycan Beynəlxalq Bankı ASC-dən qəbul edilmiş problemli kreditlər üzrə işlər davam etdirilir.

20.09.2017 05:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ