İki məşhur azərbaycanlı iş adamı arasında mübahisə - "Palmali" "Lukoil"dan 2 milyard tələb edir
Xəzər dənizində ən böyük daşyıcı şirkətlərdən biri olan "Palmali", müqavilə qaydalarını pozduğu üçün "Litasco" şirkətinə qarşı məhkəmədə 2 milyard dollarlıq təzminat iddiası qaldırıb.
"Palmali" Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən "Palmali Dənizçilik", Rusiyanın neft şirkəti "Lukoil"a bağlı "Litasco" şirkətini beynəlxalq arenada məhkəməyə verib. "Lukoil" əslən azərbaycanlı milyader Vahid Ələkbərova məxsusdur.
"Marja" xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə və Azərbaycan vətəndaşlığına sahib olan iş adamı Mübariz Mansimova aid olan "Palmali Dənizçilik", London Yüksək Məhkəməsinə müraciət edib.
Şirkət, London Yüksək Məhkəməsinə müraciətində "Litasco" şirkətinin bağladığı müqaviləyə əməl etmədiyini, daşıma mövzusunda "Litasco"nun pozuntuları olduğunu iddia edərək 2 milyard dollar təzminat tələb edib.
"Lukoil" isə iddia ilə əlaqədar açıqlama verməyib. "Lukoil" və "Palmali Dənizçilik", bu ilin aprel ayında, 10 illik neft və neft məhsulları daşımalarını reallaşdırmaq üçün müqavilə imzalamışdır. "Palmali Dənizçilik" "Lukoil"in çıxardığı xam neft və neft məhsullarının daşımasını da həyata keçirirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl