Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Neft, ABŞ "stoklarındakı" artımın yavaşlaması ilə bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, ABŞ "stoklarındakı" artımın yavaşlaması ilə bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da Harvey qasırğasından sonra neftayırma zavodları yenidən fəaliyyətə başlayıb və buna bağlı olaraq xam neft tələbi artıb. Tələbin artması ilə anbarlardakı ehtiyatların artıması da yavaşlayıb.

 

"Marja" xəbər verir ki, özəl sektorun maliyyələşdirdiyi Amerikan Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da neft ehtiyatları keçən həftə 1.44 milyon barel artıb. Bu, Çərşənbə günü açıqlanacaq rəsmi ehtiyatlar məlumatı üçün proqnoz olan 3.9 milyon barellik artımından çox azdır.

 

ABŞ-da bəzi neftayırma zavodları, güclü marjlardan faydalana bilmək üçün əvvəldən proqramlaşdırılmış servis və təmir işlərini təxirə salıblar.

 

Neft son iki həftədə bahalaşıb. Lakin yenə bazarda ABŞ-da artan istehsalın Neft İxrac edən Ölkələr Birliyi (OPEC) ölkələrinin istehsalı azaltmalarının təsirini silə biləcəyi narahatçılığı var.

 

OPEC-in ikinci ən böyük istehsalçısı İraq, bazarın yenidən tarazlığa qovuşa bilməsi üçün istehsalın əlavə 1%  azaldılması lazım olduğunu qeyd edib.


Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərb Teksas nefti (WTI)  Nymex bazarında 41 sent yüksələrək bareli 49.89 dollara, Brent nefti  Londonda ICE Futures Europe birjasında 26 sent ya da 0.5 yüksələrək bareli 55.40 dollara çatıb.

20.09.2017 06:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ