Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Uzun illər neftçi işləyib 431 manat pensiya alırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Uzun illər neftçi işləyib 431 manat pensiya alırlar

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28,3 min nəfəri neft sənayesində çalışmış şəxslərdən ibarətdir. 

 

Bu barədə "Marja"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

 


Həmin vətəndaşların pensiyalarının orta aylıq məbləği son altı ildə 26,7 faiz artaraq 2011-ci ildəki 340 manatdan hazırda 430,8 manata çatıb.

 

Azərbaycanda hər ilin 20 sentyabr günü ölkəmizdə “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur. 

 

Bu gün Azərbaycan neftçiləri ölkəmizin sığorta-pensiya sisteminin ən fəal iştirakçıları sırasındadırlar. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlarının sayına, eyni zamanda məcburi dövlət sosial sığorta haqlarının ödənişinə görə sığortaedənlər arasında ən yüksək xüsusi çəkiyə malik bir qurumdur. Yalnız bu ilin yanvar-avqust aylarında ARDNŞ tərəfindən neft sənayesində işləyən sığortaolunanlar üzrə ödənilən məcburi dövlət sosial sığorta haqqının məbləği  96 milyon manatdan çox olmuşdur.

20.09.2017 06:49

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ