Dünyanın "zavodu"nda qiymət sıçrayışı
Çində istehsalçı qiymətləri (istehsal inflyasiyası) 5 ilin ən sürətli artımını həyata keçirib
Çində istehsalçı qiymətləri indeksi Dekabr ayında beş ildən artıq müddətin ən sürətli yüksəlişini həyata keçirib. Beləliklə, dünyanın "zavodu" olaraq bilinən Çin, qlobal inflyasiyanı aşağı salan bir mövqedən qiymətləri yuxarı itələyən faktor halına gəlib.
İstehsalçı qiymətləri Dekabrda əvvəlki ilin eyni dövrünə nisbətən 5.5% artıb. Noyabr ayında 3.3 faiz artan istehsalçı qiymətlərinin, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozlarına görə 4.6%-lik artım göstərməsi gözlənilirdi.
İstehlakçı qiymətləri (inflyasiya) isə həmin dövrdə illik müqayisədə 2.1 faiz artıb. Bu göstəricinin 2.2 faiz artım göstərməsi gözlənilirdi.
Dünyanın ikinci ən böyük iqtisadiyyatı Çin dünyaya inflyasiya ixrac etməyə hazırlaşır. Bu sıçrayışın davam edib-etməyəcəyi ABŞ-ın yeni prezidenti Donald Trumpın dövründə qlobal iqtisadiyyatın, ABŞ və Çin arasındakı ticarətin necə bir şəkil alacağından asılı olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
21 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
46 d. əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
-
13 saat əvvəl
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
- 14 saat əvvəl
-
16 saat əvvəl
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
- 17 saat əvvəl
- 17 saat əvvəl