Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Start qiyməti 55 min olsa da, 93 min manata özəlləşdirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Start qiyməti 55 min olsa da, 93 min manata özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti  hərracını 19 sentyabrda  keçirib.

 

Komitədən "Marja"ya daxil olmuş məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 4-ü kiçik dövlət müəssisəsi, 18-i istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarım tikilidir.

 

Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 12 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi, 6 istifadəsiz qeyri yaşayış sahəsi, 1 yarım tikili özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Xətai rayonunda, regionlardan isə Gəncə, Sumqayıt şəhərlərində və Kürdəmir rayonunda yerləşir.

 

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən ümumi faydalı sahəsi 115 kv.m-ə yaxın olan qeyri yaşayış sahəsinin ilkin start qiyməti 55 min manat olsa da bu obyekt 93 min manata özəlləşdirilib. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahələri arasında ən yüksək satış qiyməti də elə bu əmlakda qeydə alınıb.

 

Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Sumqayıt şəhərində yerləşən 133 saylı yanacaqdoldurma məntəqəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 24,5 kv.m, torpaq sahəsi isə 1000 kv.m-ə yaxındır.

 

Hərracda xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Gəncə şəhərində yerləşən 27 saylı yanacaqdoldurma məntəqəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 50 kv.m-ə yaxın torpaq sahəsi isə 1000 kv.m-dən çoxdur.

 

Paytaxtla yanaşı regionlarda da özəlləşdirilən kiçik dövlət müəssisəsi orta və kiçik sahibkarlığın inkişafına imkan verə biləcək əmlaklardır. Paytaxtın Xətai rayonunda yerləşən 400 saylı mağaza, Kürdəmirdə olan Yardımçı təsərrüfat bu kateqoriyaya aid olmaqla sahibləri üçün gələcəkdə yaxşı qazanc gətirə bilər.

 

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

 

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 12-si paytaxtda, 6-sı isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Suraxanıda, 2-si Sabunçuda, qalanları isə müvafiq olaraq Nəsimi, Nizami, Nərimanov, Binəqədi, Qaradağ, Səbail rayonlarında yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Sumqayıt, Lənkəran şəhərlərində, Şirvan, Samux, Quba, Xaçmaz rayonlarında yerləşir. 

 

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

20.09.2017 08:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ