Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

OPEC müvəffəqiyyətə çatsa da, neftdəki canlanma qısamüddətli ola bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC müvəffəqiyyətə çatsa da, neftdəki canlanma qısamüddətli ola bilər

OPEC və müttəfiqləri, bu həftə təşkil edəcəkləri yığıncaqda, həddindən artıq qlobal təklifin önünə keçmək üçün sərf etdikləri səyin işə yaradığını görəcəklər; ancaq təklif (hasilat) artıqlığındakı azalma qısaömürlü ola bilər. 

 

Reklam_3_11

"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, neft  qiymətləri, yenidən yüksəlişə keçərək üç ayın zirvəsinə çıxıb və anbarlarda neft ehtiyatları dünya səviyyəsində azalıb. Bu, OPEC və Rusiyanın da içərisində olduğu müttəfiqlərinin doqquz aydır tətbiq etməkdə olduqları hasilat məhdudlaşdırmalarının nəhayət işə yaradığı işarələrini verir. Yenə də, ABŞ-ın neft ehtiyatları yavaş da olsa artmaqda davam edir və qiymətlər üzərində təzyiq yaradır. 

 

"CitiGroup"un əmtəə araşdırma müdiri Ed Morse, "OPEC-in tətbiq etdiyi strategiya işə yaramış kimi görünə bilər. Buna baxmayaraq, OPEC, şist nefti qarşısındakı uzunmüddətli mübarizədə uduzub" deyə bildirib.

 

OPEC və tərəfdaşları neft qiymətlərini qaldırmaq üçün gündəlik hasilatlarını 1,8 milyon barel azaldırlar. Yaradılmış Komitə 22 Sentyabrda toplanaraq vəziyyəti müzakirə edəcəkdir. Noyabr ayında təşkil ediləcək toplantıda isə müddətin uzadılmasının müzakirə ediləcəyi gözlənilir. Hasilatın azaldılması sazişinin müddəti 2018-ci ilin Mart ayının sonunda başa çatacaq.

 

Bu dəqiqələrdə Brent nefti 55,44 dollardan alıcı tapır.

20.09.2017 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ