Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bankın açıqlaması nədən xəbər verir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın açıqlaması nədən xəbər verir?

Mərkəzi Bankın son açıqlamasından sonra bizə manatın məzənnəsinin yaxın zamanlarda daha da möhkəmlənməsinin mümkünlüyü ilə bağlı suallar gəlməkdədir.

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, əvvəlla, Mərkəzi Bankın uçot dərəcəsini dəyişməməsi onun mövcud status-kvotanı saxlamaq istəyi kimi də dəyərləndirilə bilər.

 

“Son aylar bankların milli valyuta üzrə depozit faiz dərəcələrini azaltması manatla əmanətlərin həcmininə təsir göstərə bilər. Belə ki, ilin əvvəlində manatla əmanətlərə 15-18 faiz divident təklif edən banklar artıq milli valyutanı 10-12 və hətta bəziləri bir rəqəmli faizlə cəlb edirlər. Mərkəzi Bankın uçot stavkasının dərəcəsinə toxunmamasının səbəblərindən biri də depozitlərin strukturunda manatla yığımların artırımını davam etdirmək məqsədidir.

 

Manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə isə, son aylar təşkil edilən hərracların nəticələri göstərir ki, Mərkəzi Bank milli valyutanın daha da möhkəmlənməsində deyil, mövcud məzənnəsinin qorunub saxlanmasında maraqlıdır. Bəzi hərraclarda satışa çıxarılan dolların yarıdan çoxunun satılmamamasına baxmayaraq Mərkəzi Bank rəsmi məzənnəni, demək olar, dəyişməməsi də məhz bu istəkdən xəbər verir. Baş Bankın son açıqlamasında da manatın məzənnəsinin həmçinin ixrac imkanları və iqtisadiyyatın diversifikasiyası aspektindən qiymətləndirilməsi də ondan xəbər verir ki, Mərkəzi Bank bahalı manatda maraqlı deyil. Çünki möhkəm milli valyuta bahalı ixrac deməkdir. Bahalı ixrac məhsullarının isə rəqabət imkanları məhdud olur. Əslində, biz hələ 2015-ci ildə ərzaq idxalının birbaşa və ya dolayı subsidiyalaşması və eləcə də xarici valyutalardakı kreditlərə güzəştin tətbiq edilməsi yolu ilə manatın bazar məzənnəsinin müəyyənləşdirilməsini təklif edirdik. Bu ixrac imkanlarının artırılması baxımdan daha məqbul olardı.

 

Bütövlükdə, Mərkəzi Bankın son açıqlaması ondan xəbər verir ki, manatın möhkəmlənməsi deyil, indiki məzənnənin qorunub saxlanması priortitetdir. Buna görə də, hətta dollar tələb azalsa da belə Mərkəzi Bankın manatı daha da bahalaşdıracağı gözlənilən deyil.

 

Kursa gəldikdə isə, prosesə təsir göstərmək imkanlarına malik əsas qurum yenə də Mərkəzi Bankdır. Dekabr ayında dollara tələbin artacağı gözlənilir. Həmin ay idxalın artması, dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərini yerinə yetirməsi və xarici səfərlərin sayının artması dollara tələbi artırır. Bunun manatın məzənnəsinə necə təsir göstərəcəyi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Mərkəzi Bank indidən dekabr ayında artan tələbə hazır olmalıdır. Daha çox valyutanın bazara çıxarılmasını təmin etməlidir. Öncədən proqnozlaşdırdığımız kimi, avqust ayında dollara tələb artdı. Bu özünü valyuta hərraclarının nəticələrində də göstərdi. Buna baxmayaraq manatın məzənnəsi dəyişmədi. Çünki Mərkəzi Bank bazara tələb olunan dolların çıxarılmasını təmin etməklə stabilliyi və intervalı qoruyub saxladı”.

20.09.2017 09:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ