Ən yuxarı (mobil)-2_30

"Dollar azalacaq, qıtlıq olacaq" - HƏR AY 20,8 milyard dollar yığılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dollar azalacaq, qıtlıq olacaq" - HƏR AY 20,8 milyard dollar yığılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Rabobank" Niderlandın (Hollandiyanın) maliyyə xidmətləri holdinqi, o cümlədən beynəlxalq bankıdır.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Bankın stajlı strateqi Maykl Every, qələmə aldığı bir hesabatda, ABŞ Mərkəzi Bankı Fed-in 4.5 trilyon dollarlıq balansını 10 illik bir müddətdə 2 trilyon dollara salması vəziyyətində, qlobal bazarlardan hər ay mütəmadi olaraq 20.8 milyard dollarlıq çıxış olacağını bildirib.


 
Hesabatda, ABŞ-ın aylıq xarici ticarət kəsirinin təxminən 45 milyard dollar olduğunu nəzərə aldıqda, 20.8 milyard dolların Trumpın kəsiri təxminən yarıya endirdiyi gömrük vergilərinə uyğun gələcəyi ifadə edilib. Bunun da inkişaf edən bazarlarda dolların azalması ilə nəticələnəcəyini deyib.


 
Hesabata görə, ABŞ xaricində dollarda buraxılmış 10.5 trilyon dollarlıq istiqraz olması ilə birlikdə işlər ciddi bir hal ala bilər, fiziki olaraq dollar ehtiyatı azalması baş verə bilər.

 

Qeyd edək ki, Fed-in balansını Oktyabr ayından azaltmağa başlayacağı gözlənilir. Belə ki, ABŞ Mərkəzi Bankı mərhələ-mərhələ aldığı qiymətli kağızları geri qaytararaq dövriyyəyə buraxdığı Dollar kütləsini yığacaq. İndiyədək Fed ucuz pul siyasətini tətbiq edirdi. Bank istiqraz alışı yolu ilə dövriyyəyə trilyonlarla Dollar kütləsi buraxmışdı. 

20.09.2017 10:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ