Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Məzarın qiyməti hamı üçün eyni olacaq - 300 manat

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məzarın qiyməti hamı üçün eyni olacaq - 300 manat
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Məzarlıqlar haqqında” qanun layihəsi ilə bağlı müvafiq strukturlardan razılıq alınıb və bütün məsələlər demək olar ki, həllini tapıb. Bunu   Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

S.Novruzov bildirib ki, hazırda qanun layihəsi Prezident Administrasiyasına təqdim olunub:

 

“Prezident Administrasiyası təkliflərini verdikdən sonra qanun layihəsi Milli Məclisə təqdim olunacaq. Hesab edirəm ki, 2017-ci ildə qanun layihəsi müzakirəyə çıxarılacaq”.

 

Komitə sədri bildirib ki, yeni qanun layihəsinə əsasən, bütün məzarlar bərabər formada olacaq, heç bir məzar digərlərindən fərqlənməyəcək, bütün məzarlarda baş daşları, qəbirüstü daşlar eyni ölçüdə olacaq:

 

“Yeni məzarlıqlar yaşayış massivlərindən uzaqda yerləşdiriləcək, o cümlədən, su hövzələrindən 300 metr məsafədə olacaq. Çünki elə xəstəliklər var ki, insan vəfat etdikdən sonra da qalır”.

 

Məzarların qiyməti məsələsinə gəlincə isə S.Novruzov bildirib ki, qiymətlər də hamı üçün eyni və ucuz olacaq:

 

“Bir məzarın qiymətinin minimum əmək haqqının 2 misli dəyərində olması nəzərdə tutulur, yəni təxminən 300 manata yaxın. Bu qiymətə həm məzar yerinin ayrılması, məzarın qazılması, qəbrin üstünün götürülməsi daxil olacaq. Görürsən ki, bəziləri yaxınını dəfn etmək üçün kredit götürür. Belə hallar var və bununla bağlı bizə müraciətlər edilir. Çalışırıq ki, vətəndaşlarımız bu cür problemlərlə rastlaşmasınlar”.

 

© Trend

10.01.2017 05:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ