Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fed-in hansı açıqlaması dollara necə təsir edə bilər?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed-in hansı açıqlaması dollara necə təsir edə bilər?

 
ABŞ Mərkəzi Bankı Fed-in bu axşam qərarlarının və proqnozlarının Dollara mümkün təsirlərinə dair proqnozlar verilib.

 
 
"Marja" xəbər verir ki, Fed-in bu axşam faizləri qaldırmayacağı gözlənilir. Lakin balansın azaldılacağına başlanacağının elan olunacağı gözlənilir. Balansın azaldılması - alınmış qiymətli kağızların geri qaytarılması və əvəzində də dövriyyəyə buraxılmış dollar kütləsinin yığılması deməkdir

 

Reklam_3_11

ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN!

 

Mühüm məlumat Fed-in inflyasiya proqnozları olacqdır.  "Görəsən 2018 və 2019 üçün inflyasiya gözləntiləri aşağı salınacaqdır?", - sualı geniş müzakirə olunur.

 

İyunda 2017-ci il üçün inflyasiya proqnozu dəyişdirilmiş, 2018-2019 gözləntiləri sabit saxlanmışdı.

 

İnflyasiya proqnozları aşağı salınarsa, bu, Fed-in daha az faiz artıracağı şəklində şərh olunacaqdır və nəticədə də Dollar mühüm valyutalar qarşısında ucuzlaşacaqdır.

 

Bu il Fed aşağı inflyasiyaya görə, bir neçə dəfə faiz artırmağı təxirə salıb.

 

Fed-in bu ilin Dekabr ayında faiz artıracağına 50% ehtimal verilir. Bunun üçün də inflyasiya sürətlənməli və iqtisadi göstəricilər yaxşı olmalıdır. 

 

Fed faiz qərarını və proqnozlarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaqdır. 22:30-da Fed sədri Janet Yelen mətbuat konfransı keçirəcəkdir.  

20.09.2017 11:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ