Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Pambığın 70 faizi maşınla yığılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pambığın 70 faizi maşınla yığılacaq

Neftçalada pambıqyığan maşınlar sahələrə çıxarılıb. Hazırda tarlalarda 3 pambıqyığan maşın işləyir.

 

Reklam_3_11

Tarlaya ilk olaraq maşın çıxaran rayonun Yuxarı Qaramanlı kəndində fəaliyyət göstərən fermer İmaməddin Dadaşov olub. Uzun illər pambıqçılıqla məşğul olan İ.Dadaşov ötən il əkdiyi 47 hektar pambıq sahəsinin hər hektarından 35 sentner məhsul götürüb. Pambıqçı bu il əkin sahəsini genişləndirərək 100 hektara çatdırıb. Sahəyə aqrotexniki qaydada qulluq edildiyindən tarlalarda bol məhsul yetişib. Fermer ötən ildən fərqli olaraq bu il məhsulun hamısını maşınlarla toplamağı nəzərdə tutub. Odur ki, bütün sahələr dərmanlanıb, kolların yarpağı tökülüb, qozaların hamısı açıb. Atıq ötən gün maşınlar sahəyə çıxarılıb və gün ərzində 10 hektar sahənin məhsulu yığılır.

 

Fermer İmaməddin Dadaşov müsahibəsində deyib ki, pambığın maşınla yığılması çox sərfəlidir. Əl ilə yığım zamanı məhsulun itkisi çox olur. Həm də bizə baha başa gəlir. Məhsulun maşınla toplanması 70-80 faiz gəlir gətirir. Odur ki, bu mövsüm rayonda pambığın maşınla yığılmasına üstünlük verilib.

 

Qeyd edək ki, bu il Neftçalada 12 min hektar sahədə pambıq becərilib və məhsulun 70 faizinin maşınla yığılması nəzərdə tutulub.

20.09.2017 12:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ