Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR neftin maya dəyərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR neftin maya dəyərini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-cı ildə SOCAR-ın istismar etdiyi yataqlardan hasil olunan 7 mln. 522,4 min ton xam neftin 5 mln. 999,8 min tonu emala yönəldilib, 1,439 mln. tonu isə ixrac edilib.


 
Bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun "İki sahil" jurnalının xüsusi buraxılışında yer alan məqaləsində deyilir.


 
Müəllif qeyd edir ki, ötən il Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil olunan və SOCAR-ın payına düşən 825,2 min ton məsrəf nefti və 691,08 min ton mənfəət nefti (cəmi 1 mln. 516,28 min ton) ixrac olunub.

 

"SOCAR tərəfindən bu dövrdə 6 mlrd. 266,8 mln. kubmetr qaz hasil edilib, 298,4 mln. kubmetr qaz idxal edilib və "Şahdəniz" yatağından 3 mlrd. 463,6 mln. kubmetr qaz müqavilə şərtlərinə əsasən alınıb. Eyni zamanda AÇG-dən sazişin şərtlərinə əsasən 2 mlrd. 762,6 mln. kubmetr səmt qazı qəbul edilib. Hasil olunan, alınan və qəbul edilən qazın 9 mlrd. 677,1 mln. kubmetri daxili bazarda satılıb, 1 mlrd. 321,4 mln. kubmetri isə ixrac edilib", - deyə vitse-prezident vurğulayıb.


 
Onun sözlərinə görə, qeyd edilən dövrdə SOCAR üzrə hasil edilən 1 ton xam neftin maya dəyəri 97 manat 81 qəpik, 1000 kubmetr qazın maya dəyəri isə 46 manat 77 qəpik təşkil edib.

 

© APA

20.09.2017 13:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ