Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Daha bir Fed sərdi faiz artırmağa "davam" deyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir Fed sərdi faiz artırmağa "davam" deyir

 ABŞ Mərkəzi Bankının (Fed) Boston şöbəsinin Sədri Erik Rosengren, ölkədə iqtisadi şərtlərin daha nizamlı faiz artımlarına imkan verəcəyini bildirib.

 
 
 Fedin hədəfləri olan 2 faiz inflyasiya və tam məşğulluğa bu il sonunda çatacağını proqnozlaşdıran Rosengren, "Bu səbəblə, hələ də mərhələli, ancaq qismən daha nizamlı faiz artımlarının gələcəyinə inanıram" - deyib.

 
 
Maliyyə böhranından sonra uzun müddət aşağı faiz siyasətinin ən böyük dəstəkçiləri arasında yer alan Rosengren, ötən ilin sentyabr ayında Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısında faiz artımına səs verərək mövqe dəyişdirmişdi. Rosengren, bazarları təəccübləndirən "şahinləşməsini" iqtisadi mənzərənin dəyişməsi ilə açıqlamışdı.


 
 Boston Fed Sədri Erik Rosengrenin bu il FOMC-də səsvermə hüququ yoxdur.

10.01.2017 05:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ