“Yahoo!”-nun adı dəyişdiriləcək

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri “Yahoo!”-nun adı dəyişdirilərək "Altaba" adlandırılacaq.

 

“The Associated Press” agentliyinin verdiyi xəbərə görə, bu, şirkətin aktivlərinin “Verizon Communications”-ə satılmasından sonra baş verəcək.

 

Eyni zamanda, “Yahoo!”-nun rəhbəri Marissa Mayer və direktorlar şurasının 4 üzvü tutduqları vəzifələri tərk edəcəklər.

 

Bundan əvvəl “Yahoo!” 2013-ci ildə kiber hücum nəticəsində 1 milyard istifadəçisinin hesab məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyini ehtimal etmişdi. Qalmaqallı açıqlama “Yahoo!” ilə “Verizon Communications” arasında gözlənilən sövdələşməni təhlükə altına qoymuşdu.

 

ABŞ-ın ən iri mobil telefon operatoru və internet xidməti təchizatçılarından biri  “Verizon” iyulda “Yahoo!”-nu 4,83 milyard dollara satın alacağını bildirmişdi.

 

Xatırladaq ki, “Yahoo!” şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir.

 

© APA

10 Yanvar 2017, 09:02   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, info@marja.az