Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ağstafa filialının tikintisinə başlanıb, 120 nəfər işləyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ağstafa filialının tikintisinə başlanıb, 120 nəfər işləyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyevin tapşırığına uyğun Ağstafa rayonunda ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində işlər uğurla davam etdirilir. Belə ki, Ağstafada qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq, “Azərxalça” ASC-nin Ağstafa filialının tikintisinə başlanıb.

 

Rayon icra hakimiyyətindən  bildiriblər ki, müəssisənin tikintisi üçün Hüseyn Arif küçəsində 0,38 hektar torpaq sahəsi ayrılıb.

 

Layihə üzrə bir mərtəbəli və sahəsi 1246 kvadrat metr olan binanın inşaat işlərində son tamamlama işləri aparılır.

 

Burada 465,60 kvadrat metr sahə toxuculuq zalı üçün nəzərdə tutulub. Müəssisənin ərazisində də quruculuq-abadlıq işləri aparılır. Belə ki, binanın ətrafı dekorativ hasara alınıb, dekorativ yaşıllıq sahələri salınıb.

 

Toxuculuq müəssisəsini ixtisaslı işçilərlə təmin etmək məqsədi ilə Heydər Əliyev Mərkəzində xalçaçılıq dərnəyi yaradılıb. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 120 nəfər daimi işlə təmin olunacaq.

21.09.2017 08:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ