Ən yuxarı (mobil)_30

Rusiyada neft gəlirləri əhaliyə paylanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyada neft gəlirləri əhaliyə paylanacaq

Rusiya Duması neft gəlirlərinin əhali arasında paylaşdırılması barədə qanun layihəsinə baxır.

 

"RİA Novosti" xəbər verir ki, müvafiq sənəd Dövlət Dumasının məlumat bazasında dərc edilib.


Layihənin ilk növbədə rəsmi olaraq çalışan və pensiyaçılara aid ediləcəyi bildirilir. Deputatların təklifinə görə, ilk maliyyə ilində səlahiyyətli orqanlar federal büdcəyə faydalı qazıntı hasilatından daxil olan ödənişlərdən əldə edilən gəlirin 20%-ni paylamalı olacaqlar. Hər növbəti il vəsaitlərin 2% artırılması təklif edilir. 


Hesablamalara görə, əgər qanun layihəsi vaxtında qəbul olunarsa, 2018-ci ildə hər bir Rusiya vətəndaşı 10 min rubl (172 dollar) əldə edə biləcək. Rusiya hökuməti hələ ki, təklifə qarşı olduğunu bildirib.

 

© Report

21.09.2017 10:05

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ