Gənc şahmatçımız 2 qat Avropa çempionu oldu
Avropa çempionatında növbəti dəfə Azərbaycan bayrağı qaldırılaraq himnimiz səsləndirildi
Gənc şahmatçımız Aydın Süleymanlı 2 qat Avropa çempionu olaraq daha bir uğuruna imza atıb.
Rumıniyanın Mamaya şəhərində şahmat üzrə uşaqlar və yeniyetmələr arasında Avropa çempionatına yekun vurulub. Turnirdə ölkəmizi 28 şahmatçı təmsil edib. Qitə birinciliyi İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.
Həmin zəka sahibləri arasında Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşının oğlu, 12 yaşlı Aydın Süleymanlı da olub. Belə ki, Aydın Süleymanlı qitə birinciliyində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib. Təmsilçimiz 9 turdan ibarət yarışda 7,5 xal toplayaraq Avropa çempionu titulunu qazanıb.
Qeyd edək ki, sözügedən yarışda 46 ölkədən ümumilikdə 1200-ə yaxın şahmatçı qələbə uğrunda mübarizə aparıb. Aydın Süleymanlı 2 qat Azərbaycan və 2 qat Avropa çempionu titulunun sahibidir. O, həmçinin dünya çempionatında fəxri kürsünün 3-cü pilləsinə qalxmağa da nail olub.
Xatırladaq ki, korporativ sosial məsuliyyət layihələrinə xüsusi diqqətlə yanaşan Veysəloğlu Şirkətlər Qrupu daim idman və təhsilə dəstəyi ilə fərqlənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 23 d. əvvəl
-
35 d. əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl