"Google"dan çox fərqli satınalama!
Texnologiya dünyasının iki nəhəngi bu gün fərqli bir müqaviləyə imza atıb.
"Marja" xəbər verir ki, bir müddət əvvəl "Google"ın HTC-ni birbaşa satın alacağı barədə şayiələr yayılmışdı.
"Google" çox fərqli bir addım ataraq HTC-nin ağıllı telefon komandasını (işçi heyətini) 1,1 milyard dollara öz tərkibinə qatıb. "Google"ın HTC markasını və ya hər hansı bir zavodunu satın almaması HTC-nin ağıllı telefonlarını öz brendi altında müstəqil olaraq istehsal etməyə davam edəcəyi mənasına gəlir.
"Apple"ın da istehsalını podratçı "Foxcon"na etdirdiyi nəzərə aldıqda, mütəxəssislər hazırda ağıllı telefon istehsalında zavod sahibi olmağın artıq bir yük olduğunu bildirirlər.
"Google"ın HTC-nin mobil telefon komandasını öz tərkibinə qatması gələcəkdə internet nəhənginin rəqiblərindən önə çıxaraq ağıllı telefonlar istehsal edəcəyi istiqamətindəki ümidləri də artırıb.
HTC isə bu müqavilədən əldə etdiyi 1,1 milyard dolları ağıllı telefon və virtual gerçəklik bazarındakı rəqabətdə önə keçmək üçün istifadə edəcək.
Şirkətin açıqlamasında, "mobil komandanın satılması sayəsində zəngin məhsul portfeli, daha çox səmərəlilik və maliyyə elastikliyi təmin olunacağ" bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
17 d. əvvəl
"Gardashlar Mebel" Azərbaycana metal-mebel idxalına qarşı yerli istehsala çağırış edir
- 47 d. əvvəl
- 51 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2024-cü ilin ilk rübünü mənfəətlə başa vurub
- 6 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 16 saat əvvəl