Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Məşhur portalda Azərbaycan mallarına 150 min müştəri baxışı!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşhur portalda Azərbaycan mallarına 150 min müştəri baxışı!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən məşhur elektron satış portalı Alibaba, Azexport portalının fəaliyyətini uğur hekayəti kimi qəbul edərək, bu haqda öz rəsmi səhifəsində məqalə paylaşıb.

 

Azərbaycandan ilk olaraq, Azexport portalının fəaliyyəti əməkdaşlıq nümunəsi kimi təqdim edilib.

 

Qeyd olunub ki, Azexport portalı məhz Alibaba vasitəsi ilə Azərbaycan məhsullarını bütün dünyaya nümayiş etdirmək şansı əldə edib. Hazırda Alibaba.com saytında “Made in Azerbaijan” brendi ilə tanınan 300-dən artıq məhsul nümayiş olunur.

 

Bu barədə "Marja"ya məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbova bildirib ki, Alibabanın uğur hekayəti olması Azexportun 1 yaşının tamam olmasında gözəl bir hədiyyə oldu. Z.Talıbovanın sözlərinə görə bu ilin ilk 8 ayı ərzində Alibaba.com portalında Azexport tərəfindən təqdim olunan Azərbaycan mallarına dünyanın müxtəlif ölkələrindən 150 mindən çox müştəri tərəfindən baxış olub.

 


Qeyd edək ki Azexport portalı bir il öncə Prezident İlham Əliyevin Sərəncamı əsasında Azərbaycan mənşəli malların “Made in Azerbaijan” (Azərbaycan məhsulu) brendi kimi xarici bazarlarda təmsil olunmasını təmin etmək üçün yaradılıb. 2016-cı ilin ən önəmli yeniliklərindən hesab olunan Azexport portalı etibarlı ödəniş sistemləri və nəqliyyat-logistika şirkətləri ilə əməkdaşlıq edərək istifadəçilərin tam məmnunluğunu təmin edir. Həmçinin məhsulların daha geniş kütləyə çatdırılması məqsədi ilə portal Alibaba ilə yanaşı həm də All.biz, TradeKey, Amazon, Agroserver kimi dünyanın populyar elektron satış şəbəkələrinə inteqrasiya olunub. Azexport Alibaba.com portalının qızıl üzvüdür.

 

Uğur hekayəsi ilə bağlı məlumatı bu link vasitəsi ilə əldə edə bilərsiniz :


https://news.alibaba.com/article/detail/apac-member-success-story-apac-success-story-seller-success-story-azerbaijan-success-story-manufacture-gold-supplier/101030192-1-alibaba-helps-us-promote-azerbaijani.html

 

 

 

21.09.2017 12:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ