Ən yuxarı statik reklam-3_3

II Bankçılıq Forumunun vaxtı məlum olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
II Bankçılıq Forumunun vaxtı məlum olub

 

Azərbaycan Banklar Assosiasiyası İqtisadi İslahatlarının Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə 23-24 noyabr 2017-cı il tarixlərində “Bank sistemin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumu (İslahatlar, Nəticələr və Perspektivlər) keçirməyi planlaşdırır.

Reklam_3_11

 

"Marja" xəbər verir ki, Forumun məqsədi maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, maliyyə dayanıqlığının daha da gücləndirilməsinə dair məsələlər, bank sisteminin sağlamlaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər, nağdsız ödənişlərin artırılması istiqamətləri, banklarda komplayensin inkişafı məsələlərinin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsinə vəsilə olmaqdır.

 

Forumda, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin açılış nitqi söyləyəcəyi gözlənilir.

 

Forum Park İNN otelinin, Dan Ulduzu zalında keçiriləcək.

21.09.2017 12:27

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ