Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Torpaqların qaytarılmasına Ermənistanda etiraz başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Torpaqların qaytarılmasına Ermənistanda etiraz başlayıb

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Movses Akopyan xarici işlər naziri Edvard Nalbadyanın işğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına etiraz edib.


 
“Rusarminfo.ru”nun verdiyi məlumata görə, M. Akopyan bildirib ki, işğal olunmuş ərazilərin heç bir hissəsi Azərbaycana qaytarıla bilməz. Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunması üçün işğal edilmiş bütün rayonların əldə saxlanması vacibdir: “Dağlıq Qarabağ boyunca təhlükəsizlik sistemi yaradılıb. Bu sistemin pozulması acınacaqlı nəticələrə gətirib çıxara bilər”.


 
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbadyan sentyabrın 19-da bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılması məsələsi müzakirə olunur. O əlavə edib ki, söhbət həmin ərazilərdən gedir ki, onların qaytarılması Dağlıq Qarabağa təhlükə törətməyəcək.


 
Erməni nazir danışıqların pozulmaması üçün digər detalları açıqlamayıb.

 

© APA

21.09.2017 13:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ