Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Elektrikli avtomobildə dünya rekordu!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elektrikli avtomobildə dünya rekordu!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən uzun mənzilli elektrikli nəqliyyat vasitəsi.


 

Elektrik enerjisi ilə işləyən bir avtobus, tək bir doldurma ilə 1700 km-dən artıq yol gedərək dünya rekordu qırıb.

 

"Marja" xəbər verir ki, 12 metr uzunluğundakı "Catalyst E2 Maks", ABŞ, Kaliforniyada yerləşən "Proterra" şirkəti tərəfindən hazırlanıb. Vasitə, tək bir doldurma ilə ən uzun məsafə qət edə bilən elektrikli nəqliyyat vasitəsidir.

 

Dünya şəhərləri daim artan hava çirkinliliyi ilə mübarizə aparmaq "təmiz" ictimai nəqliyyat həlləri axtarırlar.


 
Mütəxəssislər, "E2 Maks" qədər uzun məsafələr qət edə bilən avtobusların, elektrikli vasitələrin şəhər nəqliyyatı üçün bir dönüş nöqtəsi ola biləcəyi fikirindədirlər.


 
Bu sahədə əvvəlki rekord, avtobusdan 46 qat dəfə yüngül olan bir elektrikli avtomobil tərəfindən qırılmışdı. Birnəfərlik vasitə, tam dolu batareya ilə 1631 KM məsafə qət etmişdi.
 

Avtobus 660 kwh enerji yığan bir batareya ilə təchiz edilib. Avtobuslarda, minik avtomobillərində olduğundan daha böyük batareyalar quraşdırmaq mümkündür. Məsələn, "Catalyst E2 Max"da olan batareya, "Tesla Model S"dəki batareya ilə müqayisədə doqquz dəfə böyükdür.


 
DÜNYA ŞƏHƏRLƏRİ ELEKTRİKƏ KEÇİR

 

Ölkələr elektrikli vasitələrin potensial faydalarını gördükcə, şəhərlərini və infrastrukturlarını bu vasitələri dəstəkləyəcək şəkildə yenidən qururlar. Yaponiyada bu gün benzin stansiyalarından daha çox elektrik doldurma stansiyası olması bunun ən konkret nümunələrindən biridir. Norveç adambaşına ən çox elektrikli avtomobil düşən ölkədir. London isə 2 min 500 elektrik avtobusla qitənin ən böyük elektrikli avtobus donanmasını işlədir.

22.09.2017 05:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ