Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu seqmentə ilk dəfə daxil oldu - QİYMƏTİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu seqmentə ilk dəfə daxil oldu - QİYMƏTİ

Volvo ilk dəfə kiçik SUV seqmentinə daxil olub  


 

Volvo, avtomobil bazarında son dövrlər ən sürətli böyüyən seqmentlərdən olan kiçik SUV bazarına rəsmən daxil olub. Bazarda başqa güclü rəqiblər də var.  

 

"Marja" xəbər verir ki, Volvo-nun kiçik SUV bazarındakı nümyəndəsi XC 40-ın təqdimatı İtaliyada baş tutub. Volvo, bu modellə böyük SUV bazarında XC 90 və XC60 ilə əldə etdiyi satış rəqəmlərini hədəfləyir.

 

Volvo-nun İcraçı direktoru Hakan Samuelsson, yeni maşının təqdimatında etdiyi çıxışında, XC40 ilə ilk dəfə kiçik SUV bazarına addım atdıqlarını deyib.


 
Belçikada istehsal olunan XC40 modeli, Audi Q3, BMW X1, Mercedes GLA və Jaguar E-Pace kimi modellərin rəqibi olacaq.

 

Volvo XC40 üçün hədəf bazarlar ABŞ, Çin və Avropa müəyyən edilib.

 

Maşının illik satış hədəfi isə 100 min ədəddir. Rəqibləri Audi Q3 və BMW x1 isə 200 min ədədlik satış rəqəmlərinə çatıb.


 
Avtomobilin qiyməti Avropada 31 min 350 avrodan başlayacaq.


 
Avtomobildə Volvo-da ilk dəfə istifadə ediləcək1.5 litr üç silindrli mühərrik quraşdırılır. Bununla bərabər, iki benzin və iki dizel olmaqla cəmi 5 mühərrik variantı olacaq. Qarşıdakı dövrdə bu mühərriklərə hibrid variantı də əlavə olunacaqdır.

 

Avtomobildəki  benzin mühərriklərin gücü 154 at gücündən başlayaraq 244 at gücünə qədər çıxır. Dizel mühərriklər isə 148 və 187 at gücündədir. 

 

Volvo XC40 2018-ci ilin ilk rübündən etibarən yollarda olacaq.

22.09.2017 06:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ