Lider TV müflis olub?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lider TV müflis olub?

Lider kanalının müflis  olmaq üzrə olduğu  və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı məlumatlar yayılıb. 

 

Kanalın işçiləri artıq 4 aydan çoxdur ki, maaş almır. Sosial şəbəkədə yayılan məlumatlara görə, xəbərlər və həmçinin digər canlı yayımda çalışan əməkdaşlar işdən çıxarılıb. Hətta kanalın gecə növbəsinin ləğv olunduğu və bəzi texniki avadanlıqların satışa çıxarıldığı da qeyd olunur. 

 

“Xəbərlər” departamentinin müdiri Anar Şükürov bildirib ki, rəhbəri olduğu departament fəaliyyətini davam etdirir: “Gördüyünüz kimi, yeni sezonda  biz hər iki saatdan bir efirə çıxırıq. Amma digər suallarla bağlı kanalın PR meneceri ilə əlaqə saxlamaq lazımdır”. 

 

Dünən "Space" kanalının da işçilərinə maaş ödəyə bilmədiyi barədə xəbərlər yayılmışdı.

 

© Qafqazinfo 

22.09.2017 08:07

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ