Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Aznar"dan ləğv xəbərinə - MÜNASİBƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Aznar"dan ləğv xəbərinə - MÜNASİBƏT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Teymur Əhmədov adına "Aznar" QSC mətbuatda ləğv olunacağına dair yayılmış məlumata münasibət bildirib.


QSC-dən "Marja"nın sorğusuna cavab olaraq bildirilib ki, məlumat səhvən Teymur Əhmədov “Aznar “QSC-nin adından yazılıb.

Reklam_3_11

 

"Əslində ləğv edilən Teymur Əhmədov adına Aznar QSC-nin törəmə müəssisəsi “Az-Nar" QSC-dir. Ləgv olunma səbəbi isə Səhmdarların ümümi yığıncağında bilinəcək", - sorğuya cavab olaraq bildirilib.

 

Xəbər verdiyimiz kimi, dərc edilmiş elana görə, "Aznar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. İclasın gündəliyinə "Aznar" QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.

 
"Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına "Aznar" QSC-nin inzibati binasında tanış olmaq olar hüququna malikdirlər", - deyə elanda vurğulanıb.

 

Qeyd edək ki, şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012 ildən "Aznar" Direktorlar Şurasının sədridir.


 
"Aznar" Göyçayda zavoda və nar bağlarına malikdir. Şirkət "Grante" nar şirələrini dünyanın bir neçə ölkəsinə ixrac edir.

22.09.2017 09:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ