Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Kürdəmirdə bir neçə hotelin tikintisi aparılır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kürdəmirdə bir neçə hotelin tikintisi aparılır”

“Bu gün Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Xarici ölkələrdən gələn turistlərin sayı artmaqdadır. Təkcə bir faktı qeyd etmək istəyirəm ki, bu ilin yay turizm mövsümündə həm paytaxt Bakıda, həm də bölgələrdə hotellərin əksəriyyəti dolu olub”.


 
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kürdəmirdə vətəndaşlarla görüşü zamanı deyib. Nazir bildirib ki, turist axını artdığına görə, yeni turizm obyektlərinin açılması istiqamətində işlər aparılmalıdı:

 

“Məndə olan məlumata görə, Kürdəmir rayonunda da bir neçə hotelin tikintisi aparılır”.


 
Bakıda və regionlarda kino nümayişinin həyata keçirilməsi işindən də danışan nazir əlavə edib ki, bu istiqamətdə görülən tədbirlər yerlərdə milli filmlərin daha geniş təbliğ olunmasına, eləcə də əhalinin asudə vaxtını səmərəli keçirməsinə xidmət edəcək. 


 
Qeyd edək ki, qəbulda Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından vətəndaşlar iştirak edib.

 

© APA
 

22.09.2017 11:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
16.04.2024 12:33
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ