Dünyaca məşhur "fast-fud" şəbəkəsi KFC-nin Amerikadakı bir şöbəsində çəkilmiş video izlənmə rekordları qırır.
"Marja" xəbər verir ki, İngiltərənin "Daily Mail" qəzetinin saytında yer alan videoda, şöbəsdə işləyənlərin yeməkləri hazırlayarkən gigiyena qaydalarını necə heçə saydıqları nümayiş etdirilir.
Şöbədəki bir qadının cib telefonu ilə çəkdiyi videoda son istifadə etmə tarixi keçmiş məhsulların istifadə edildiyi və üzərində kif olan toyuq ətlərinin qızardılaraq istehlakçıya yenidən təqdim olunduğu da görünür.
Aşağıda yer alan videonun nə zaman çəkildiyi isə bilinmir.