Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

723 milyon manata yaxın kompensasiya ödənilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
723 milyon manata yaxın kompensasiya ödənilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 721 milyon 800 min manatdan artıq kompensasiya ödənilmişdir.

 

Fond tərəfindən 09 yanvar 2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 976 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 462 min manat (ümumi kompensasiya öhdəliyinin 72,2 %-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 083 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96,6%-dən artıq) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 126 miyon  291 min  manatdan  artıq  kompensasiya  ödənilmişdir.

 

09 yanvar 2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 271 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 245 min manatdan artıq kompensasiya ödənilmişdir.

 

09 yanvar 2017-ci il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120  milyon 152 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 %-i) kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 276  min manatdan artıq kompensasiya ödənilmişdir.

 

09 yanvar 2017-ci il tarixdə QSC “Bank Standard” KB-nin qorunan  əmanətçilərinə  433  milyon  988 min  manatdan artıq  kompensasiya  ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98,4 %-i əmanətçilərə ödənilmişdir.

10.01.2017 08:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ