Avro yenidən bahalaşır

Dünya valyuta birjalarında avro bazar ertəsi yenidən bahalaşmağa başlayıb. Bahalaşmaya səbəb isə Avrozona iqtisadiyyatı ilə bağlı müsbət statistik göstəricilərin açıqlanması olub. Bu gün isə Amerikanın əmək bazarı ilə bağlı önəmli statistik göstərici açıqlanacaq.

 

Almaniyada ixrac həcminin noyabr ayında gözlənilməz olaraq son bir ilin ən yüksək səviyyəsində və sənaye istehsalının da artıması, eyni zamanda Avrozonada işsizlik səviyyəsinin də son 7 ilin minimum səviyyəsində olması EUR/USD məzənnəsinin bu gün Asiya sessiyasında 1.0626$-a kimi bahalaşmasına səbəb olub.

 

Qiymət keçən həftənin maksimum səviyyəsi sayılan 1.0620$-ın üzərində möhkəmlənərsə, 1.0650, 1.0724 və 1.0790$-a kimi də bahalaşa bilər.

 

Dollar/Türk lirəsi isə yenidən bahalaşaraq, türk lirəsinin 3.74TL-ə kimi 3% ucuzlaşmasına səbəb olub. Türk lirəsinin ucuzlaşmasına səbəb isə sənaye istehsalı ilə bağlı zəif məlumatların açıqlanması olub. Lakin son terror və siyasi sferada baş verən hadisələr də türk lirəsinin ucuzlaşmasına təsir edir.

 

Eyni zamanda maliyyə bazarlarında Amerikanın əmək bazarı da diqqət mərkəzində olduğu üçün bu gün Bakı vaxtı ilə saat 19:00-da yayımlanacaq aylıq JOLTS hesabatı da investorlar tərəfindən böyük maraqla gözlənilir. Hesabat noyabr ayı üzrə yaranmış vakansiyaların sayını göstərir.

 

Mənbə: İnvestAZ

10 Yanvar 2017, 11:45   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]