Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın bu şirkətinin səhmləri sürətlə bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın bu şirkətinin səhmləri sürətlə bahalaşır

Sentyabrın 22-də Bakı Fond Birjasında (BFB) “Cənubtikintiservis” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 2 əqd bağlanılıb.


BFB-nin məlumatına görə, əqdlər müəssisənin 20 səhminin realizə edilməsini nəzərdə tutur.


Qiymətli kağızların nominal dəyəri 2 manat olsa da, onlar 12,5 dəfə baha – 25 manatdan “əl dəyişdirib”.

 

Bu, səhmlərin ilin əvvəli ilə müqayisədə 13,6% bahalaşması deməkdir. Belə ki, ötən il dekabrın 28-də BFB-də bağlanılmış əqdlə bu səhmlər 22 manatdan alınıb-satılıb.


Xatırladaq ki, “Cənubtikintiservis” ASC 2003-cü ildə yaradılıb, Azərbaycanın neft-qaz sektoruna xidmət göstərən aktiv müəssisələrdən biridir. Onun nizamnamə kapitalı 1 323 694 manatdır. Şirkətin əsas səhmdarı Türkiyənin "Tekfen İnşaat" şirkətidir.


2016-cı ilin yekununda səhmdarlarına hər səhm üçün 10,56 manat divident ödəyən “Cənubtikintiservis”in səhmləri üzrə market-meyker xidmətini “Azfinance İnvestisiya Şirkəti” QSC göstərir. Şirkət hazırda müəssisənin səhmlərini 23 manatdan alır, 24,15 manatdan satır.

 

Qiymətli kağızlar bazarı üzrə mütəxəssislər isə bu qənaətdədir ki, “Cənubtikintiservis”in ödədiyi illik dividentin məbləği, aktivlərinin strukturu və səhmlərin likvidliyi nəzərə alınarsa, şirkətin səhmlərinin qiyməti 70-80 manatdan aşağı olmamalıdır. 

 

© Report

23.09.2017 10:55

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ