Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bərzani: “Bu yolun sonunda ölüm də olsa, hazırıq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bərzani: “Bu yolun sonunda ölüm də olsa, hazırıq”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani sentyabrın 25-nə təyin olunan referendumun təxirə salınması barədə beynəlxalq ictimaiyyətin tələblərinə münasibət bildirib.


 
M. Bərzani “Amerikanın səsi”nə müsahibəsində geri addım atmayacaqlarını deyib: “Müstəqillik istəməklə hansı günaha yol veririk? ABŞ-ın mövqeyini dəyişdirmək üçün çox cəhd göstərdik. Onlara “gəlin, bu məqsədə necə çata biləcəyimizi müzakirə edək”, - dedik. Ancaq onlar “referendumu təxirə salın, sonra danışaq”, - deyirlər. Nəyi danışacağıq? Bizə hər hansı təminat verilmir. Bunu etmə, təxirə sal deyirlər. ABŞ 14 ildir eyni şeyi deyir. 1960-70-ci illərdə deyilik. Artıq öz müqəddəratımızı təyin etməyin vaxtı gəldi. Heç kimin bizə yol göstərməsini istəmirik. Sonunda ölüm də olsa, buna hazırıq”.

Reklam_3_11


 
M. Bərzani Türkiyə başda olmaqla, qonşu dövlətlərə yaxşı əlaqələrə malik olmaq istədiklərini söyləyib: “Ümid edirəm ki, referendum Türkiyə ilə olan münasibətlərimizə təsir etməz. Ancaq heç kimin təhdidini də qəbul etmirik”.  


 
M. Bərzani rəsmi Bağdadla beynəlxalq qarantiya altında anlaşmaq istədiklərini vurğulayıb.

 

© APA

24.09.2017 06:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ