Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

İlham Əliyev “Neftçala” yarımstansiyasının açılışında

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyev “Neftçala” yarımstansiyasının açılışında

Prezident İlham Əliyev “Neftçala” yarımstansiyasının açılışında iştirak edib

 

Reklam_3_11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də 110/35/6 kV-luq “Neftçala” yarımstansiyasının açılışında iştirak edib.

 

“Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. “Neftçala” yarımstansiyasında 40 MVA gücündə iki transformator quraşdırılıb, açıq və qapalı paylayıcı qurğular inşa edilib, bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli avtomat rele mühafizə sistemi yaradılıb. Yarımstansiyada növbətçi işçi heyət üçün müvafiq olaraq mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib, lazımi şərait yaradılıb. Yarımstansiyanın ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.

 

Bildirildi ki, şəhərin və rayonun su təsərrüfatını elektrik enerjisi ilə təmin edən 35 kV-luq yarımstansiyanın məhz “Neftçala” yarımstansiyasından qidalandırılması nəzərdə tutulub. Bundan əlavə, Neftçalada yeni yaradılan Sənaye Məhəlləsi bu yarımstansiyadan qidalanacaq ki, onun tələbatı 5 MVA təşkil edir. Həmçinin “Neftçala” yarımstansiyasından rayonun böyük bir hissəsi, xüsusən də dövlət əhəmiyyətli obyektlər, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektlər və əhali abonentləri elektrik enerjisi ilə təmin olunur.

 

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

 

Bildirildi ki, 2015-2017-ci illər ərzində Neftçala rayonu ərazisində 35/6 kV-luq yeni “Şəhər” yarımstansiyası tikilib. Eyni zamanda, 35 kV-luq “Xoşçobanlı” yarımstansiyasına əlavə transformatorlar quraşdırılıb. Bundan başqa, 35 kV-luq “Bankə”, “Xıllı” və “Xoşçobanlı” yarımstansiyalarında da ciddi təmir işləri aparılıb. Eyni zamanda, 300-ə yaxın 10/6 kV-luq transformator məntəqəsi də təmir edilib. “Azərişıq” ASC yaradıldıqdan sonra ümumilikdə Neftçala rayonunda 43 kilometr 110 kV-luq, 7 kilometr 35 kV-luq, 45,5 kilometr 10/6 kV-luq izolyasiyalı naqillər xətti çəkilib. Ümumilikdə 5 kənddə və şəhər mərkəzində 0,4 kV-luq şəbəkələrdə tam kabelləşmə işləri aparılıb və bir neçə kənddə bu işlər hazırda da davam edir. Həmçinin Neftçala Elektrik Şəbəkəsinin yeni inzibati binası inşa edilib. Yeni binada əməkdaşların operativ fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Neftçala yarımstansiyasının ərazisində əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb, yüksək keyfiyyətli asfalt salınıb.

 

Ən son texnologiyalara əsaslanan bu cür layihələrin reallaşdırılması bölgələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.

 

Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

 

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına Mərkəzi Rayon Xəstəxanasında aparılan yenidənqurma işləri barədə məlumat verdi.

 

Bildirildi ki, xəstəxananın binası 1989-cu ildə inşa olunub. Ümumi ərazisi 5 hektar olan Mərkəzi Rayon Xəstəxanasının yenidənqurma işlərinə 2013-cü ildə başlanılıb və 2017-ci ildə başa çatdırılıb.

 

Xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq. Cərrahiyə, travmatologiya, terapiya, doğum, qadın məsləhətxanası, pediatriya, intensiv terapiya, infeksion xəstəliklər, anesteziologiya, reanimatologiya, hemodializ, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, poliklinika, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.

 

Xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib. Burada 620 tibb işçisi çalışacaq. Onların 82-si həkim, 249-u orta tibb işçisidir.

 

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev əhaliyə tibbi xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Neftçala Mərkəzi Rayon Xəstəxanasındakı Mobil Diaqnostika Kompleksi ilə də tanış oldu.

24.09.2017 10:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ