Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Almaniyada seçkinin qalibi Merkel oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniyada seçkinin qalibi Merkel oldu

Eksit-pol sorğularına görə Almaniyada dünən keçirilmiş seçkidə Baş nazir Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokrat Partiyası (CDU) seçkidə birinci olub.
 

"Marja" xəbər verir ki, Almaniyada təxminən 61,5 milyon insanın iştirak etdiyi seçkidə səsvermə prosesi yerli saat ilə 18.00-dabaşa çatıb.


 
Almaniyanın ARD adlı televiziya kanalının yayımladığı rəsmi olmayan nəticələrə görə, CDU və Bavariya əyalətindəki qardaş partiya mövqeyindəki Xristian İctimai Birlik Partiyası (CSU) cəmi 32,9 faiz səs toplayıblar. Koalisiya ortağı Sosial Demokrat Partiyası (SPD) isə 20,08 faizdə qalıb.
 

Koalisiya hökumətində yer alan CDU/CSU ilə SPD 2013-cü ildə keçirilən son seçkilərə nisbətən səs itirərkən, CDU/CSU-nun səslərində isə 8,6 faiz azalma görülüb.
 

SPD 4,9 faiz səs itirib və İkinci Dünya Müharibəsindən sonrakı ən aşağı səsdir. 4 il əvvəl keçirilən seçkidə  5%-lik bəndi keçə bilməyən həddindən artıq sağçı populist Almaniya üçün Alternativ (AFD) və Azad Demokrat Partiyası səs faizlərini əhəmiyyətli dərəcədə artıraraq bu dəfə parlamentə giriblər.
 

Nəticələrə görə, AFD 13,1 faiz ilə üçüncü olaraq ilk dəfə parlamentdə yer alacaq.


 
 FDP də 10,5 faiz ilə dördüncü partiya olacaq və parlamentə girəcək.


 
Yaşıllar 8,9% ilə beşinci sırada yer alarkən, Sol Partiya da 8,9 faiz səs faizinə çataraq məclisə girməyə haqq qazanıb.


 
Almaniya Federal Məclisində deputat bölgüsü bu şəkildə oldu: CDU və CSU 218, SPD 138, AFD 87, FDP 70, Yaşıllar 59, Sol Partiya 59.

25.09.2017 06:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ