Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AXA MBASK "Şəxsi Kabinet" təqdim edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
AXA MBASK "Şəxsi Kabinet" təqdim edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AXA MBASK Onlayn Müştəri Xidmətlərinin imkanları genişlənir.

 

Reklam_3_11

Şirkətin rəsmi saytında fərdi və korporativ müştərilər üçün yeni xidmət – "Şəxsi Kabinet"i istifadəyə verilir. Artıq müştərilər şahadətnaməri və sığorta hadisələri haqqında bütün mümkün məlumatları internet bağlantısının olduğu istənilən yerdən istənilən vaxt əldə edə bilər. bu barədə "Marja"ya şirkətdən bildirilib.

 

Bu layihə müştərilərin şirkətlə qarşılıqlı münasibətlərinin mümkün qədər sadə və rahat edilməsinə istiqamətlənmiş müştəriyönümlü strategiya çərçivəsində reallaşdırılıb.

 

"Şəxsi kabinet"ə www.axambask.az saytının baş səhifəsindən keçmək mümkündür.

 

Şəxsi kabinetə daxil olmaq üçün prosedur çox sadədir və cəmi bir neçə dəqiqə vaxtınızı alacaq. Bunun üçün ilkin qeydiyyat prosedurundan keçmək lazımdır: sığorta edilən şəxs pin kodu və ya VÖEN-i daxil edir və SMS-lə şifrəsini alır.

 

Sığorta müqavilələri haqqında bütün məlumatlar və müştərilərin şəxsi məlumatları etibarlı surətdə qorunur.

 

Müştərilər yeni imkandan istifadə etməklə günün 24 saatı, həftənin 7 günü ərzində bütün (qüvvədə olan və əvvəlki) polislər üzrə ətraflı məlumatları əldə edə, sığorta hadisələri üzrə işlərin baxış statusunu dəqiqləşdirə, çatışmayan sənədlər haqqında əlavə məlumat ala və əlaqə məlumatlarını idarə edə biləcəklər.

 

"Şəxsi kabinet" zərərin tənzimlənməsi prosesini müştəri üçün şəffaf və anlaşıqlı etməyə imkan verir. Bu da son nəticədə onun şirkətə loyallığını artırır.

 

Gələcəkdə "Şəxsi kabinetə" yeni funksiyalar əlavə ediləcək və əhəmiyyətli dərəcədə genişləndiriləcəkdir.

 

Sığorta bazarında müştərilərə xidmət daha yüksək standartlara uyğunlaşdırılaraq daima inkişaf edir. AXA MBASK müştərilərin arzularını qabaqcadan duymağa çalışır, müştərilərin şirkətlə kommunikasiyalarının sadəliyinə və rahatlığına böyük diqqət yetirir.

 

Məhz buna görə şirkət ardıcıl olaraq xidmətin təkmilləşdirilməsinə yönəlmiş veb-servisləri inkişaf etdirir.

 

25.09.2017 08:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ